Yevlaxda narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini saxlanılıb

13:41 - 22 / 10 / 2022
Yevlaxda narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini saxlanılıb

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan 1news.az -a bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Cabir Əmirov saxlanılıb. Aparılan şəxsi axtarış zamanı onun əlindəki sellofan torbadan 2 kiloqrama yaxın marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
279

Son xəbərlər

Bütün xəbərlər