Azərbaycanda son sutkada COVID-19-a yoluxanların STATİSTİKASI | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda son sutkada COVID-19-a yoluxanların STATİSTİKASI

16:37 - 22 / 10 / 2022
Azərbaycanda son sutkada COVID-19-a yoluxanların STATİSTİKASI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 822 908 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 601 nəfər müalicə olunaraq sağalıb, 9937 nəfər vəfat edib, aktiv xəstə sayı 370 nəfərdir.

Ölkədə son sutka ərzində 2540, hazırkı dövrədək isə 7 303 826 test aparılıb.

1news.az

Paylaş:
660

Son xəbərlər

Bütün xəbərlər