“Qəbələ” “Kəpəz”lə heç-heçə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qəbələ” “Kəpəz”lə heç-heçə edib

17:53 - 22 / 10 / 2022
“Qəbələ” “Kəpəz”lə heç-heçə edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

1news.az -ın məlumatına görə, günün ilk matçında "Qəbələ" "Kəpəz"i qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin qolunu 20-ci dəqiqədə İsnik Alimi vurub. Gəncə təmsilçisinin heyətində isə 61-ci dəqiqədə Fərid Nəbiyev fərqlənib.

Xallarının sayını 17-yə çatdıran "qırmızı-qaralar" hələlik 4-cü pillədə qərarlaşıb. 5 xala malik "Kəpəz" 8-ci sıradadır.

Qeyd edək ki, günün digər görüşündə "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. Tura oktyabrın 23-də "Səbail" - "Şamaxı" və "Neftçi" - "Sabah" qarşılaşmaları ilə yekun vurulacaq.

1news.az

Paylaş:
395

Son xəbərlər

Bütün xəbərlər