ANAMA: “Laçında minaya düşən digər şəxsin vəziyyəti qənaətbəxşdir” | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA: “Laçında minaya düşən digər şəxsin vəziyyəti qənaətbəxşdir”

10:21 - 22 / 10 / 2022
ANAMA: “Laçında minaya düşən digər şəxsin vəziyyəti qənaətbəxşdir”

2022-ci 21 oktyabr tarixində Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Minalı ərazidə baş verən hadisə nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Həmidov Elsəvər Sovet oğlu həlak olub.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən 1news.az -a verilən xəbərə görə, 1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli və diqqətli davranmağa çağırır: "Unutmayın, yanlış atılan hər bir addım həyatınızı itirməyə səbəb ola bilər!"

1news.az

Paylaş:
212

Son xəbərlər

Bütün xəbərlər