Gəncədə tibb müəssisəsinin tavanı çökdü - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə tibb müəssisəsinin tavanı çökdü - FOTO

14:16 - 24 / 10 / 2022
Gəncədə tibb müəssisəsinin tavanı çökdü - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncə şəhərində tibb müəssisəsində tavanın çökməsi hadisəsi ilə bağlı məlumat yayıb.

TƏBİB-dən 1news.az-a bildirilib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Nizami Ailə Sağlamlıq Mərkəzinin (ASM) Laboratoriya şöbəsinin tavan hissəsinin çökməsi zamanı xəsarət alan olmayıb.

İşçilər təhlükəsiz şəkildə təxliyə olunub. Hadisənin baş vermə səbəbi araşdırılır. Hazırda Laboratoriya şöbəsi istisna olmaqla Nizami ASM fəaliyyətini davam etdirir.

Fotolar "APA"-ya aiddir

Paylaş:
397

Son xəbərlər

Bütün xəbərlər