Ötən həftə 381 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə həftəlik statistik məlumatları açıqlayıb.
ANAMA-dan 1news.az-a verilən məlumata görə, oktyabrın 17-dən 22-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 61, tank əleyhinə 28 mina, 367 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 381 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
525