Hansı ixtisaslara sahib olan kadrlara iş problemi yoxdur? - İş imkanları geniş olan PEŞƏLƏR

Zaman irəlilədikcə insanların maraqları da dəyişir.
Məsələn, 100 il bundan öncə lazımlı hesab edilən, lakin bu gün demək olar ki, istifadə edilməyən çox peşələr var. Bunlar üçün uzun bir siyahı da tərtib edə bilərik. Lakin, bizə keçmiş yox gələcək zaman lazım olduğundan bu sahədə araşdırma etdik. Çox maraqlıdır gələcəkdə tələb olunan peşələr hansılar olacaq?
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov 1news.az-a açıqlamasında bildirib ki, daha çox texniki sahələr üzrə gələcəkdə tələbatlar arta bilər:
"Gələcəkdə də ehtiyac olunan ixtisaslardan biri kompüter oyunu dizaynı ixtisasıdır.
Dövrümüzdə oyun dizaynı tələbələri 2010-cu ildə 55.5 milyard dollardan 2025-ci ildə 92.4 milyard dollara çatması gözlənilən bir sektora qatılır. "Becker College" qonşusu "Worcester Polytechnic Institute" ilə birlikdə gələcəyin oyun dizaynerləri üçün ən məşhur bir ünvan vəziyyətindədirlər. Digərləri isə "DePaul University", "Michigan State University" və "Rochester Institute of Technology"dir.
Enerji, su, yemək və iqlimin əsrin problemlərini meydana gətirdiyi dövrümüzdə ekoloji işlər sahəsindəki proqramlar gedərək yayılır. Məsələn, "University of Wisconsin-Madison"dakı tələbələr artıq ya ekoloji araşdırmalar ya da ətraf elmləri sahələrində təhsil alır. Ekoloji işlər tələbələrin sağlamlıq, qida və kənd təsərrüfatı, enerji, bio-müxtəliflik, iqlim, tarix və mədəniyyət, torpaq istifadəsi və siyasət dərsləri arasından seçim etməsini tələb edən fənlərarası bir dərəcədir.
Ölkənin ən köhnə proqramlarından birinə ev sahibliyi edən "College of St. Scholastica"nın səhiyyə məlumatı rəhbərliyi hissəsindən bakalavr dərəcəsini qısa müddət əvvəl alan "Heather Hodgson"a görə bu bölüm “birbaşa xəstə münasibətlərinə öyrəncəli olmayanlar üçün” yaxşı bir karyera seçimidir. "Hodgson Biomedikal" ana dərslər olan anatomiya, fiziologiya, tibbi terminologiyanın yanında kompüter dərsləri, rəhbərlik informasiya sistemləri və sistem analizi və dizaynı dərslərini də almışdır. Mütəxəssislik dərsləri proqramın tamamlayan tərəflərdir.
Pandemiya dövründə bütün xidmətlərin onlayn formada həyata keçirilməsi İnformasiya təhlükəsizliyi və ya virtual təhlükəsizlik ixtisasına tələbatı zəruri edir.
"ABŞ Milli Təhlükəsizlik Təşkilatı köhnə informasiya təhlükəsizliyi texniki direktoru Diki Corc virtual təhlükəsizlik və ya informasiya təhlükəsizliyi mövzularında iş tələbinin “son on ildə 10 qat artdığını” ifadə edir" - deyə, K.Əsədov əlavə edib:
"Milli Təhlükəsizlik Təşkilatı Daxili Təhlükəsizlik hissəsiylə birlikdə İnformasiya təhlükəsizliyinə Akademik Mükəmməliyyət Milli Mərkəzlərini dəstəkləyərək bu mərkəz vasitəsilə tələbələrə ölkənin informasiya infrastrukturundakı zəiflikləri təyin etmə və təmir etməyi öyrətmək üçün lazımlı standartları qarşılayan məktəbləri müəyyənləşdirir. "Mississippi State University", "University of Tulsa", "Dartmouth College və Carnegie Mellon University" bakalavr proqramı təqdim edən 166 təşkilatın arasında iştirak edən müvəffəqiyyət mərkəzləridir.
Informasiya təhlükəsizliyi tələbələri kompüter sistemlərini, şəbəkələri və fərdi kompüterləri viruslardan, kompüter piratlarından, terror hədələrindən və təşkilati casusluqlardan qorumaq üçün lazımlı olan texniki mövzuları öyrənər. Tələbələr fərqli müəssisə modellərini, gizlilik və təhlükəsizlik protokollarını öyrənmək üçün E-ticarət dərslərinin yanında kompüter cinayətləri və məhkəmə informasiya dərsləri də ala bilməkdədir. Tələbələr eyni zamanda müasir informasiya sistemlərini planlamağı, analiz etməyi, dizayn və tətbiqi də öyrənir".
Ekspert deyib ki, gələcəyin ehtiyac duyulası ixtisaslarından biri də nanotexnologiyadır.
"Bu yeni elm budağı bir metrin milyardda birindən başlayan mikroskopik dünyada maddələrdə ortaya çıxan fiziki, kimyəvi və bioloji xüsusiyyətlərdən bəhs edir. Nano vəsaitlər hal-hazırda qolf dəyənəklərinin, xizək vəsaitlərinin, avtomobil parçalarının və dental implantların gücləndirilməsinə köməkçi kimi istifadə edilməkdədir və gələcəyin bina və körpülərinin daha yüngül və möhkəm olmasına köməkçi olmaları gözlənilir".
K.Əsədov həm indi, həm də gələcəkdə tələbatın daha çox olacağı ehtimalı olan ixtisasların siyahısını qeyd edib:
"Əmək bazarında ehtiyac olacaq ixtisaslardan ən yaxşı 10 əsas sahəsi bunlardır:
1. Müəssisə və İdarəçilik / Ticarət
2. Psixologiya
3. Tibb bacısı
4. Biologiya / Bioloji Elmlər
5. Müəllimlik
6. İngilis dili və ədəbiyyatı
7. İqtisadiyyat
8. Ünsiyyət Təhsili / Şifahi Ünsiyyət və Danışıq Sənəti
9. Siyasət Elmi və Hökumət
10. Kompüter və İnformasiya Elmləri"
Aynurə Xudaverdiyeva