Qubada narkomanda təhlükəli alət aşkar olundu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada narkomanda təhlükəli alət aşkar olundu - FOTO

14:25 - 25 / 10 / 2022
Qubada narkomanda təhlükəli alət aşkar olundu - FOTO

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan 1news.az verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Misrixan Əzizov saxlanılıb. Həmin şəxsin üzərinə və özünə məxsus avtomobilinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin, bir ədəd bıçaq və bir ədəd kastet (beşbarmaq) aşkar olunaraq götürülüb.

Bildirilib ki, M.Əzizov "BMW" markalı avtomobili ilə rayon ərazisində avtoxuliqanlıq edərək, digər avtomobillərin hərəkətinə də ciddi maneələr törədib və real qəza şəraiti yaradıb. Bütün faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Misrixan Əzizovun barəsində həbs qətimkan tədbiri seçilib.

1news.az

Paylaş:
827

Son xəbərlər

Bütün xəbərlər