Bakıda STANAG test komissiyalarının işçi görüşü keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda STANAG test komissiyalarının işçi görüşü keçirilib

Qafar Ağayev15:30 - 25 / 10 / 2022
Bakıda STANAG test komissiyalarının işçi görüşü keçirilib

Azərbaycan və Latviya Müdafiə nazirlikləri arasında imzalanmış 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq oktyabrın 25-də Milli Müdafiə Universitetində STANAG test komissiyaları arasında işçi görüşü keçirilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, görüşdə ingilis dili üzrə STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsi, test materiallarının moderasiya edilməsi, qarşılıqlı istifadəsi və sınaqdan keçirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Paylaş:
341

Son xəbərlər

Bütün xəbərlər