Naxçıvanda əsgər avtomatdan açılmış atəş nəticəsində həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu avtomat silahdan açılmış atəş nəticəsində həlak olub.
1news.az xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğu məlumat yayıb.
Məlumata görə, oktyabrın 24-ü saat 11 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər 1999-cu il təvəllüdlü Kazımov Mayıl Ramiq oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Naxçıvan MR Hərbi Prokurorluğunda araşdırma aparılır.
1news.az
415