Şirvan Milli Parkında olan ceyranların sayı açıqlandı

“Şirvan Milli Parkında 1960-cı illərdə təxmini 60-70 ceyran qalmışdı”.
1news.az xəbər verir ki, Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin direktoru Elşad Əsgərov "Ekspert saatı"nda deyib.
“Həmin ərazilərdə xüsusi mühafizə olunan yerlər yarandığına görə ceyranların sayı artmağa başlamışdı. Ceyranların nəsli tez artır, ildə iki bala verir. Ona görə ceyranların sayları artıb. Keçən il apardığımız tədqiqatlara görə tək Şirvan Milli Parkında 6500-ə yaxın ceyran var.
Ceyranın Azərbaycanda yayıldığı ərazi təkcə Şirvan Milli Parkı deyil, tarixən bütün düzənlik bölgələrimizi, Böyük Qafqazın, Kiçik dağətəyi ərazilərini əhatə etmişdi.
Respublikada ceyranların keçmiş arealında artıq insan məskənləri var, əkin sahələri var. Amma bəzi yerlərdə hələ də ceyranların qaytarılması mümkündür”.