Keçmiş bağça müdirinin məhkəməsi başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçmiş bağça müdirinin məhkəməsi başlayır

Qafar Ağayev10:24 - 26 / 10 / 2022
Keçmiş bağça müdirinin məhkəməsi başlayır

Tərtər rayon Bayandur kənd körpələr evi-uşaq bağçasının sabiq müdiri Nərgiz Bağırovanın işlədiyi dövrdə qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Tərtər rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Nərgiz Bağırova vəzifəli şəxs kimi 01 yanvar 2017-ci il tarixdən 01 yanvar 2022-ci il tarixə kimi olan dövrdə körpələr evi-uşaq bağçasına davamiyyəti olmayan ayrı-ayrı şəxslərin adlarının tərtib olunmuş menyularda qeyd olunaraq artıq ərzaq məhsullarının məxaricə silinməsi, təmir işlərinin aparılması məqsədilə ayrılan pul vəsaitinin təyinatından yayındırılması və digər qanunsuz yollarla ümumilikdə 12 min 59 manat məbləğində pul vəsaitini vahid qəsdlə mənimsəməklə talamışdır.

Bundan başqa, Tərtər rayon İcra Hakimiyyəti başçısının Ələsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sabiq baş məsləhətçi-baş mühasibi Aslan Zamanov nümayəndəlikdən maliyyələşən Tərtər rayon Bayandur və Yenikənd körpələr evi-uşaq bağçalarının işçilərinin 2017-2020-ci büdcə illəri ərzində əməkhaqqıları hesablanarkən onlara ödəniləcək əməkhaqqı məbləğlərinin süni şəkildə azaldılması yolu ilə özünün əməkhaqqı ödənişi üzrə bank filialında olan hesabına 2 min 641 manat pulun köçürülməsi və digər yollarla ona etibar edilmiş ümumilikdə 3 min181 manat pulu talamışdır.

Toplanmış sübutlar əsasında Nərgiz Bağırovaya Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), Aslan Zamanova isə CM-nin 179.2.3, 308.1 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilmişdir.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tərtər rayon məhkəməsinə göndərilmişdir.

Paylaş:
256

Son xəbərlər

Prezident və birinci xanım Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər - YENİLƏNİB 1Bu gün, 14:24Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblarBu gün, 14:04Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov ehtiyata buraxılıbBu gün, 13:56FHN: Ötən sutka 15 yanğına çıxış olub, 7 nəfər xilas edilibBu gün, 13:42Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdürBu gün, 13:25ASAP tərəfindən Almaniyada Heydər Əliyevin doğum gününə həsr olunmuş gənclər konfransı keçirilibBu gün, 13:12Xalq rəssamları Natavanın Parisdəki heykəlinin bərpasına görə Prezidentə təşəkkür etdilər: “Bu, bizi sevindirdi”Bu gün, 13:10Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcəkBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:53Qızıl və gümüşün qiyməti daha da artıbBu gün, 12:43Ekoloji avtomobillərin yürüş-festivalı keçiriləcəkBu gün, 12:37İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib - YENİLƏNİBBu gün, 12:06Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTOBu gün, 11:44Saatlıda marixuana qəbul edib taksi sürən şəxs saxlanılıbBu gün, 11:19Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 11:02DİN və ANAMA mina təhlükəsi ilə bağlı müraciət edib - VİDEOBu gün, 10:46Əli Əsədov Rusiyanın Baş nazirini təbrik edibBu gün, 10:33Rayonlarda şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVABu gün, 10:22Azad olunan bölgələrdə aşkarlanan silah-sursatların sayı açıqlanıbBu gün, 10:13Yasamalda oğurladıqları avtomobili satmaq istəyən şəxslər saxlanılıblarBu gün, 10:01
Bütün xəbərlər