Yasamalda su borusunda qəzaya görə bəzi yerlərdə hərəkət məhdudlaşdırılıb

Yasamal rayonu Əsəd Əhmədov küçəsindən keçən magistral su xəttində baş verən qəza ilə bağlı bəzi yollarda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Bu barədə 1news.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.
O, bildirib ki, Paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Əsəd Əhmədov küçəsindən keçən magistral su xəttinin partlaması ilə əlaqədar olaraq həmin küçə və prospektin digər paralel küçə və prospektlər hərəkət istiqamətlərində yolların müvəqqəti məhdudlaşdırılması həyata keçirilib.
“Vətəndaşlarımızdan, xüsusilə sürücülərimizdən xahiş edirik ki, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə müvəqqəti hərəkət istiqamətlərinin dəyişilməsini nəzərə alaraq bu ərazilərdən istifadəni maksimum məhdudlaşdırsınlar”.