Daxili İşlər Nazirliyindən sosial media istifadəçiləri və jurnalistlərə MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili İşlər Nazirliyindən sosial media istifadəçiləri və jurnalistlərə MÜRACİƏT

Qafar Ağayev11:41 - 26 / 10 / 2022
Daxili İşlər Nazirliyindən sosial media istifadəçiləri və jurnalistlərə MÜRACİƏT

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial media istifadəçiləri və jurnalistlərə müraciət edib.

1news.az xəbər verir ki, müraciətdə bildirilir:

"Azyaşlılarla bağlı zorakılıq məzmunlu məlumatları, görüntüləri yaymayın. Bu tövsiyədir, xahişdir. Anlaşılandır ki, bu məlumatları yaymaqda məqsədiniz tədbirlərin görülməsidir.

Hər bir fakt üzrə Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər görülür, daxil olan məlumatlara çevik reaksiya verilir. Hansısa sual varsa bunu açıq platformada yox, şəxsidə soruşub aydınlaşdıra bilərsiniz.

DİN-in sosial şəbəkə seqmentləri və zəng mərkəzləri fasiləsiz fəaliyyət göstərir. Nazirliyinin növbətçi hissələrinə daxil olan bütün məlumatlar mətbuat xidmətinə fasiləsiz inteqarasiyası təmin olunur".

Paylaş:
375

Son xəbərlər

Bütün xəbərlər