Sabirabadda narkotik istifadə edən taksi sürücüsü saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda narkotik istifadə edən taksi sürücüsü saxlanılıb

10:02 - 27 / 10 / 2022
Sabirabadda narkotik istifadə edən taksi sürücüsü saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “Saxla” işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Ramin Mehrəliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən R.Mehrəliyevin psixotrop maddə olan metamfetamin istifadə etdiyi məlum olub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən protokol tərtib olunub və o, 400 manat miqdarında cərimələnib.

1news.az

Paylaş:
525

Son xəbərlər

Bütün xəbərlər