Üzərində “müalicəvi” yazılmış suların idxalı və istehsalı qadağan edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Üzərində “müalicəvi” yazılmış suların idxalı və istehsalı qadağan edilir

11:19 - 27 / 10 / 2022
Üzərində “müalicəvi” yazılmış suların idxalı və istehsalı qadağan edilir

“Elə mineral sular var ki, üzərində hansı xəstəlikləri sağaltması barədə qeydlər var. Bunlar beynəlxalq standartlara ziddir və istehlakçını aldatmaq məqsədi daşıyır”.

1news.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında bildirib. Onun sözlərinə görə, “Qida təhlükəsizliyi haqqında” yeni qanunla üzərində bu cür qeydlər olan, eyni zamanda "müalicəvi" yazılmış su məhsullarının istehsalı və idxalı qadağan edilir.

1news.az

Paylaş:
416

Son xəbərlər

Bütün xəbərlər