Kəlbəcərin Zallar kəndi ərazisində insan sümüyü aşkarlanıb - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəlbəcərin Zallar kəndi ərazisində insan sümüyü aşkarlanıb - RƏSMİ

Qafar Ağayev15:31 - 31 / 10 / 2022
Kəlbəcərin Zallar kəndi ərazisində insan sümüyü aşkarlanıb - RƏSMİ

Oktyabrın 27-də Kəlbəcər rayonu Zallar kəndi ərazisində insan skeletinin hissələrinə məxsus olan eroziyaya uğramış sümük, eləcə də qadına məxsusluğu ehtimal edilən geyim əşyalarının fraqmentlərinin aşkar edilməsi ilə bağlı Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olmuşdur.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında qeyd olunub.

Bildirilib ki, Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, aşkar edilmiş sümük və geyim əşyalarının fraqmentləri müvafiq formada qablaşdırlaraq ekspertiza aparılması məqsədilə götürülmüşdür.

Aşkar edilmiş sümük və geyim əşyalarının Kəlbəcər rayonun Ermənistan tərəfindən işğalı zamanı əsir düşərək işgəncə ilə öldürülmüş şəxsə məxsus olması ehtimal edilir.

Hazırda araşdırma davam etdirilir.

Paylaş:
517

Son xəbərlər

Bütün xəbərlər