Bərdədə sakini kafedə həmyerlilərini güllələyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə sakini kafedə həmyerlilərini güllələyib

Qafar Ağayev17:17 - 31 / 10 / 2022
Bərdədə sakini kafedə həmyerlilərini güllələyib

Bərdə sakini kafedə həmyerlilərini güllələyib.

1news.az-ın xəbərinə görə, hadisə rayonun Bala Qacar kəndində yerləşən kafelərin birində qeydə alınıb.

Belə ki, kənd sakini Rəcəb Məmmədov aralarında yaranmış münaqişə zamanı həmkəndliləri - Sərxan Əsədova və kafenin sahibi Eldar Məmmədova odlu silahdan atəşə açaraq xəsarət yetirib.

Daha sonra hər iki yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasında çatdırılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

R.Məmmədovun məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam edir.

Paylaş:
271

Son xəbərlər

Bütün xəbərlər