Güldanın içində ölkəyə narkotik keçirmək istədi, qarşısı alındı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Güldanın içində ölkəyə narkotik keçirmək istədi, qarşısı alındı - FOTO

Qafar Ağayev17:46 - 31 / 10 / 2022
Güldanın içində ölkəyə narkotik keçirmək istədi, qarşısı alındı - FOTO

Güldanın içərisində narkotik vasitə olan heroin aşkarlanıb

Dövlət Gömrük Komitəsindən 1news.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İran İslam Respublikası istiqamətindən gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu gömrük nəzarətindən keçən zaman saxlanılıb.

Yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin salonundakı karton qutuda olan qəhvəyi rəngli güldana reaksiya verib.

Daha sonra həmin əşya rentgen qurğusundan keçirilib və şübhəli cizgilər müşahidə edilib. Ətraflı yoxlama nəticəsində güldanın alt hissəsində əvvəlcədən hazırlanmış gizli saxlanc yerindən malların aşkar olunmasını çətinləşdirən üsullardan istifadə etməklə şəffaf sellofanda qablaşdırılan, ümumi çəkisi 1 kq 750 qram açıq qəhvəyi rəngli, narkotik vasitə - heroin aşkarlanıb.

Paylaş:
534

Son xəbərlər

Bütün xəbərlər