Abşeronda avtomobil ana və oğlunu vuraraq öldürüb

Abşeron rayonunda avtomobil ana və oğlunu vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, oktyabrın 29-da saat 19 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini T. Məhərrəmli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Aytəkin Fazilli və oğlu Xəyalı vurub.
Nəticədə hər 2 piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
423