Umico Shopping Fest-də üç günlük bonuslar və hədiyyələr!

Alış-veriş etməyi planlaşdırırsınız? Bunu Umico ilə birlikdə edin. Noyabrın 4-dən noyabrın 6-dək Umico sizi Gənclik Mall-da Shopping Fest-ə dəvət edir.
Üç gün ərzində Umico-nun tərəfdaş mağazalarında alış-veriş edin, keşbek və hədiyyələr qazanın və eyni zamanda super mükafatlar uğrunda yarışın: Birbank və Visa-dan iPhone 14 Pro və Flash Up-dan 10 Sony PlayStation 4 Slim. Heç kim əliboş getməyəcək!
Umico Shopping Fest nədir?
Bu, Umico tərəfindən Gənclik Mall-da təşkil olunan alış-veriş və əyləncə bayramıdır. 4, 5 və ya 6 noyabr - istənilən gün gəlin, alış-veriş edin və keşbek və hədiyyələr qazanın.
Hədiyyələri necə almaq olar?
- Alış-veriş etməyə yollanın! Umico tərəfdaşlarından bir qəbzdə 70 AZN-dən yuxarı məbləğdə mal seçin. Tərəfdaşları vitrinlərdə festivalın afişalarından tanıyacaqsınız. Festival zamanı onların sayı daha çox olacaq. Chicco, Ted Baker, Mavi, Flo, Maxi.az və bir çox başqaları artıq Umico-ya qoşulub. Nəzərə alın ki, eyni mağazadan eyni gündə təkrar alış-veriş sizə müsabiqədə iştirak şansı verməyəcək.
- Müsabiqədə iştirak edin! Qəbzinizlə -1 mərtəbəsinə düşün və aktivlik zonasına yaxınlaşın. Orada siz Umico Shopping Fest müsabiqəsinin oyun stendini tapa və seçilmiş hədiyyə üçün yarışa bilərsiniz. Müsabiqənin ətraflı qaydaları linkdə.
- Hədiyyələrinizi alın. 70 AZN və daha çox məbləğdə hər bir qəbz müsabiqədə iştirak etmək və xal qazanmaq şansını verir. Qazanılan xalların miqdarı müvafiq mükafata zəmanət verir. Üç gün ərzində 2000-dən çox hədiyyə, o cümlədən Bravo və Prime sertifikatları, qulaqlıqlar, kosmetika dəstləri və s. paylanılacaq.
- Superfinalı gözləyin. 6 noyabr saat 17:00-dək bütün günlər ərzində Umico oyun stendində ən çox xal toplayan festivalın 11 iştirakçısı finala yüksələcək və super hədiyyələr qazana biləcəklər: Birbank və Visa-dan iPhone 14 Pro və Flash Up-dan 10 Sony PlayStation 4 Slim.
Festivalda sizi daha nələr gözləyir?
Go Sport, Aloe+, Yves Rocher, Baltika 0 və Flash Up-dan tərəfdaş saatları. Noyabrın 6-da isə tərəfdaşlar əyləndirəcək və hədiyyələr verəcəklər. Cədvəlinizi yaddaşda saxlayın!
● 14:20−15:00 – tərəfdaş saatlarını Go Sport idman mağazaları şəbəkəsi açır
● 15:00−16:00 – Bioderma-dan hədiyyələr və pulsuz kosmetoloq məsləhətləri ilə Aloe+-dan gözəllik saatı
● 16:00−17:00 – özünə qulluq haqqında Yves Rocher-dən çoxlu faydalı məlumatlar. Bu vaxt ərzində sizi pulsuz kosmetik xidmətlər və brenddən hədiyyələr gözləyir.
● 17:00−18:00 – Maxi.az və Infinix brendindən müsabiqələr və hədiyyələr
● 18:00−19:00 – Baltika 0 & Flash up-dan müsabiqələr və hədiyyələr
Bu hələ hamısı deyil!
Noyabrın 6-da saat 15:00-dan 17:00-dək Shopping Fest-in gənc qonaqlarını fan zona gözləyir. Onlara akvaqrim, şarlar və yaxşı əhval-ruhiyyə bəxş edəcəyik. Festivalın son günündə isə məşhur DJ AKG və aparıcı, tanınmış ssenarist Ağa Nadirov Umico Shopping Fest-ə xüsusi əhval-ruhiyyə yaradacaqlar. Onlar 6 noyabr saat 14:00-dan 21:00-a kimi bizimlə olacaqlar.
Alış-veriş və əyləncə dünyasına qərq olmaq üçün Gənclik Mall-da keçiriləcək Umico Shopping Fest-ə gəlin!
Umico-nun daimi tərəfdaşları
Umico festival zamanı tərəfdaşdır
Reklam hüququnda