MN: “Azərbaycan Ordusunun hərbiçisi dəm qazından boğulmayıb” - YENİLƏNİB

Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Ordusunun hərbi qulluqçusu Yusifli Seymur Teymur oğlunun dəm qazından boğularaq vəfat etməsi barədə məlumat yayılıb.
1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyini yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, Müdafiə Nazirliyinin bazasında qeyd olunan ad və soyadda Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu mövcud deyil.
Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq.
***
Saat 16:05
Sumqayıtda dəm qazından boğulma faktı baş verib.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.
Məlumata görə, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.
1news.az