Bakıda həbsdə olan qardaşı ilə görüşə gələn şəxsin üzərində narkotik aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda həbsdə olan qardaşı ilə görüşə gələn şəxsin üzərində narkotik aşkarlanıb - FOTO

10:37 - 01 / 11 / 2022
Bakıda həbsdə olan qardaşı ilə görüşə gələn şəxsin üzərində narkotik aşkarlanıb - FOTO

Həbs olunmuş qardaşını ziyarət edən Bakı şəhər sakininin Bakı istintaq təcridxanasına narkotik vasitə keçirməsi cəhdinin qarşısı alınıb.

Bu barədə 1news.az-a Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rauf Əliabbas oğlu İbrahimovla görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Rafiq Əliabbas oğlu İbrahimovun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki şalvarın yan cibində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 1,178 qram narkotik maddə - tiryək aşkar edilib.

Daha sonra Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin, Bakı istintaq təcridxanasının əməliyyat aparatının və Sabunçu Rayon Polis idarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində vətəndaş R.Ə.İbrahimovun yaşadığı Bakı şərəri, Yasamal rayon ərazisində yerləşən evində axtarış aparılan zaman orada gizlədilmiş 33 ədəd narkotik tərkibli dərman preparatı və ümumi çəkisi 37 qram müxtəlif növlü narkotik vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
343

Son xəbərlər

Bütün xəbərlər