COVİD-lə mübarizə davam edir - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

COVİD-lə mübarizə davam edir - “Çıxışa doğru”da MÜZAKİRƏ

23:30 - 01 / 11 / 2022
COVİD-lə mübarizə davam edir - “Çıxışa doğru”da MÜZAKİRƏ

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırırıq. Koronavirus hələ də can almaqda davam edir...

1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "COVİD-lə mübarizə davam edir" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Zakir Quliyev - Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt, Sulduz Əhmədova - Azərbaycan Tibb Universitetinin yolxucu xəstəliklər kafedrasının dosenti, Tahirə İsmayılova - 16 saylı poliklinikanın terapevti və Elmir Əkbər – psixoterapevt, mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
257

Son xəbərlər

Bütün xəbərlər