FHN xilasetmə əməliyyatı görüntüləri yayıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN xilasetmə əməliyyatı görüntüləri yayıb - VİDEO

11:43 - 01 / 11 / 2022
FHN xilasetmə əməliyyatı görüntüləri yayıb - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən 1news.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

FHN: ötən sutka ərzində 30 yanğına çıxış və 6 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib

FHN: ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib, 1 nəfər tüstüdən zəhərlənib.

1news.az

Paylaş:
399

Son xəbərlər

Bütün xəbərlər