XİN: Ermənistanın təcavüzü zamanı öldürülən jurnalistlərə görə ədalət tələb edirik | 1news.az | Xəbərlər
Cəmiyyət

XİN: Ermənistanın təcavüzü zamanı öldürülən jurnalistlərə görə ədalət tələb edirik

Qafar Ağayev13:02 - 02 / 11 / 2022
XİN: Ermənistanın təcavüzü zamanı öldürülən jurnalistlərə görə ədalət tələb edirik

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü boyunca sadəcə öz işini gördüyü üçün öldürülən 9 azərbaycanlı jurnalistə görə ədalət tələb edirik.

1news.az-ın məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi "Twitter" hesabında qeyd edib.

"Bu gün Jurnalistlərə qarşı Cinayətlərə görə Cəzasızlığa Son beynəlxalq günündə biz Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü boyunca sadəcə öz işini gördüyü üçün öldürülən 9 azərbaycanlı jurnalisti xatırlayır və ədalət tələb edirik", - deyə bildirilib.

Qeyd edək ki, 2 noyabr dünyada jurnalistlərə qarşı törədilən cinayətlərlə bağlı cəzasızlığa son qoyulması günü kimi qeyd olunur.

Paylaş:
438

Son xəbərlər

Bütün xəbərlər