Ekspert: “Azad olunmuş ərazilərimizin turizm potensialını dünya əhalisinə çatdırmaq lazımdı” | 1news.az | Xəbərlər
Cəmiyyət

Ekspert: “Azad olunmuş ərazilərimizin turizm potensialını dünya əhalisinə çatdırmaq lazımdı”

12:21 - 03 / 11 / 2022
Ekspert: “Azad olunmuş ərazilərimizin turizm potensialını dünya əhalisinə çatdırmaq lazımdı”

"İstirahətə yollanan insanların əksəriyyətinin seçimi, Antalya, Maldiv adaları və Parisdir"

Bu barədə 1news.az-a turizm üzrə ekspert Rəhman Quliyev deyib.

"Ölkəmizdə turizimi inkişaf etdirmək üçün dünya təcrübəsinə nəzər yetirməliyik. Uzağa getməyək qonşu dövlət Türkiyədə görün nə dərəcədə turizim inkişaf edib. Onların təcrübəsindən nələsə öyrənə bilərik. Dünyada istirahətə yollanan insanların əksəriyyətinin seçimi, Antalya, Maldiv adaları və Parisdir. Düzü ölkəmizin turizimi çox yaxşı inkişaf edə bilər. Bunun üçün turistləri cəlb etməliyik. Turistləri cəlb etmək üçün də investisiya vacibdir. Məncə, investorlar çəkinmədən bu sahəyə yatırım etməlidirlər".

Ekspert həmçinin bildirib ki, işğaldan azad olan ərazilərdə turizim mərkəzləri yaratmaq da ölkədaxili turizimin inkişafına təsir göstərə bilər:

"Hazırda işğaldan azad olunmuş ərazilərimiz var. Biz quruculuq işləri başa çatdıqdan sonra həmin ərazilərdə həm tusitlərin istirahəti, həm də müalicə məqsədli yerlər yarada bilərik. Çünki Qarabağ torpağı çox səfalıdır. Bitkiləri, suları insan sağlamlığı üçün çox xeyirlidir. İnsanlar, əsasən, müalicə məqsədi ilə getdiyi ölkələr siyhısında Rusiya və Ukrayna da var idi. Hazırda məlum vəziyyətlə əlaqədar gediş-gəliş nisbətən zəif olduğu üçün ona görə biz bu vəziyyətdən öz xeyrimizə yaxşı mənada istifadə edə bilərik. Xəstəliklərin müalicəsi üçün kifayət qədər yerlər var. Onları dünya əhalisinə çatdırmaq lazımdır. Ölkəmizdə otellərin qiymətinin yüksək olması da ölkədaxili turizimi biraz zəiflədir. İnvestorlar bu sahədə yatırım edib, uyğun qiymətli otellərin sayını çoxaltsalar bu da turizimə müsbət təsir göstərəcək".

Aynurə Xudaverdiyeva

Paylaş:
403

Son xəbərlər

Bütün xəbərlər