İlham Əliyev Əlcəzairdə muzeyin xatirə kitabına nələr yazmışdı? - TAM MƏTN | 1news.az | Xəbərlər
Cəmiyyət

İlham Əliyev Əlcəzairdə muzeyin xatirə kitabına nələr yazmışdı? - TAM MƏTN

Qafar Ağayev09:58 - 02 / 11 / 2022
İlham Əliyev Əlcəzairdə muzeyin xatirə kitabına nələr yazmışdı? - TAM MƏTN

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarəti zamanı muzeyin xatirə kitabına yazdığı qeydlər sosial şəbəkələrdə paylaşılırdı.

Sosial şəbəkələrdə Prezidentin əl yazısının nə qədər gözəl olduğu qeyd olunurdu. İngilis dilini bilməyən bəzi sosial şəbəkə istifadəçilərinə isə Prezidentin xatirə kitabına nələr yazdığı maraqlı idi.

1news.az Prezidentin yazdığı qeydlərin tərcüməsini təqdim edir

"Milli Mücahidlər Muzeyi Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleksdir.

Əlcəzair Xalq Demokratik Respublikasına ilk dəfə səfərə gəlməkdən və qardaş Əlcəzair xalqına dərin ehtiramımın ifadəsi olaraq Milli Mücahidlər Muzeyini ziyarət etməkdən şərəf hissi duyuram.

Milli Mücahidlər Muzeyi Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleksdir. Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Amansız müstəmləkə əsarətindən qurtulmaq üçün başlanılan azadlıq və müstəqillik mübarizəsi Əlcəzair xalqının böyük şücaətinin, birliyinin, sarsılmaz iradəsinin və qətiyyətinin rəmzi kimi Əlcəzairin tarixinə əbədi olaraq həkk olunmuşdur.

Böyük qurbanlar verərək istiqlaliyyətə qovuşmuş qardaş Əlcəzairin bu gün inkişafını, rifahını görməkdən dost və qardaş ölkənin rəhbəri olaraq böyük qürur hissi keçirirəm.

Milli Mücahidlər Muzeyində mənə göstərilən səmimi qəbula görə təşəkkürümü bildirir, Əlcəzair xalqının qəhrəmanlıq irsinin əbədiləşdirilməsi işində muzeyin fəaliyyətinə uğurlar arzulayıram”.

Paylaş:
844

Son xəbərlər

Sabah bəzi yerlərdə su kəsiləcəkBu gün, 17:59Yunanıstanın Baş naziri Ərdoğanla görüşüb - YENİLƏNİBBu gün, 17:44MAXE olmaq istəyəyin NƏZƏRİNƏBu gün, 17:26Dövlət mülkiyyətində olan mənzilləri qanunsuz istifadəyə verən vəzifəli şəxslərlə bağlı istintaq yekunlaşıbBu gün, 17:03Coratda 10 aylıq körpə ölübBu gün, 16:54Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 16:45İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxslər həbs olunubBu gün, 16:35Hərbi xidmətə çağırışla bağlı pozuntulara yol verən şəxslərin cinayət işləri məhkəməyə göndərilibBu gün, 16:33Paytaxtdakı “Keşlə” bazarında nöqsanlar aşkarlanıb - FOTOBu gün, 16:20MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsinə aid ixtisasların siyahısı müəyyənləşibBu gün, 16:00Azərbaycan Mərkəzi Bankında yeni təyinat olubBu gün, 15:40Ağdamda Birinci Qarabağ müharibəsinin iki şəhidi dəfn edilib – YENİLƏNİB 1Bu gün, 15:39Milli Məclis sədri Asiya Qadınlar Forumunda Böyük Qayıdış və COP29 barədə məlumat veribBu gün, 15:27İmişlidə yanğın olub - VİDEOBu gün, 15:15Prezident: Azərbaycan COP29 sədrliyi çərçivəsində kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət yetirəcəkBu gün, 14:54Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri elan olunubBu gün, 14:47Qeyri-yaşayış obyektinin qarşısında ağaclar kəsilibBu gün, 14:32İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB 1Bu gün, 14:17İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - YENİLƏNİBBu gün, 14:16Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb – YENİLƏNİBBu gün, 13:56
Bütün xəbərlər