Kapital Bank beynəlxalq Web Summit-də iştirak edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Kapital Bank beynəlxalq Web Summit-də iştirak edir

Qafar Ağayev11:07 - 02 / 11 / 2022
Kapital Bank beynəlxalq Web Summit-də iştirak edir

Son illər ərzində ölkədə rəqəmsallaşmaya önəm verərək, yeni texnoloji həlləri ilk olaraq təqdim edən Kapital Bank 1-4 noyabr 2022-ci il tarixlərində Lissabon şəhərində keçirilən beynəlxalq Web Summit də təmsil olunur.

Web Summit dünyanı dəyişən insanları və ideyaları birləşdirən ən böyük texnologiya tədbirlərindən biridir. Tədbirdə Kapital Bank-ın İnnovasiya Proqramının rəhbəri Taryel Ağazadə, həmçinin PAŞA Holding-ə daxil olan digər şirkətlərin nümayəndələri də iştirak edir.

2009-cu ildən indiyədək Web Summit dünyanın ən böyük və ən mötəbər konfranslarından birinə çevrilə bilib. 100 000-dən artıq insanın qatıldığı bu ilki tədbirdə Google, Apple, Amazon və digər qabaqcıl şirkətlərin nümayəndələri spiker, inverstor və mentor qismində iştirak edir. Kapital Bank Azərbaycanın ən böyük maliyyə qurumlarından biri olmaqla Web Summit-də həm öz texnoloji yeniliklərini paylaşacaq, həm də dünyanın məşhur şirkətlərinin təcrübələrini öyrənəcək.

“Biz hazırda dünyanın maliyyə texnologiyaları sahəsində baş verən ən böyük dəyişiklikləri, trendləri və son yenilikləri öyrənmək və bankımızın departament və şöbələrində tətbiq etmək üçün bu tədbirdə iştirak edirik. Dünyanın ən böyük FinTech-ləri, maliyyə texnologiyaları şirkətləri və banklarının təmsil olunduğu tədbirdə hazırda dünyada baş verən yeniliklər və gələcək texnologiyalar barədə fikir mübadiləsi aparırıq. Ümidvaram ki, bu bizə ölkənin maliyyə sektorunun inkişafı istiqamətində yeni fürsətlər qazanmağa imkan verəcək”, - deyə, Kapital Bank-ın İnnovasiya Proqramının rəhbəri Taryel Ağazadə bildirdi.

Qeyd edək ki, Kapital Bank-ın İnnovasiya Proqramı hazırda 3 əsas istiqaməti əhatə edir: daxili innovasiya, xarici innovasiya və innovativ brendinq. Bu istiqamətdə hazırda müəyyən işlər aparılır, region üçün önəmli olan texnoloji həllər tətbiq edilir, həmçinin dünyada olan yeniliklər yerli bazara uyğunlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

Reklam hüququnda

Paylaş:
310

Son xəbərlər

Bu il övladlığa verilən və ailəsinə qaytarılan uşaqların sayı açıqlanıbBu gün, 12:53MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:47Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandıBu gün, 12:39Qanunsuz estetik əməliyyatlar icra edən 9 klinikanın rəhbərliyi məsuliyyətə cəlb olunubBu gün, 12:38MEDİA çap mediası subyektləri üçün müsabiqə elan edirBu gün, 12:28NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 12:23Göygöl rayonunda qanunsuz tikintinin qarşısı alınıb - FOTO - VİDEOBu gün, 12:06Aorto-koronar şuntlama əməliyyatı icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:58Qızıl və gümüş yenidən ucuzlaşıbBu gün, 11:57İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edibBu gün, 11:52STP Şirkətlər Qrupunun əməkdaşları sağlam həyat tərzini təbliğ edir! - FOTOBu gün, 11:48Müdafiə Nazirliyində yeni təyinat olubBu gün, 11:41Azərbaycan hərbçiləri “Anadolu Ankası – 2024” təlimində tapşırıqları icra edib - VİDEOBu gün, 11:37Bu gün dünyaşöhrətli bəstəkar Qara Qarayevin anım günüdürBu gün, 11:19Vilayət Eyvazovun vətəndaşlarla görüşünün tarixi dəyişibBu gün, 11:19Sabah Şuşaya növbəti köç olacaqBu gün, 11:03Qubadlının Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərinə başlanılıb - FOTOBu gün, 10:46Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edibBu gün, 10:40FHN: Ötən sutka 34 yanğına çıxış olubBu gün, 10:38Külli miqdarda aksiz markasız siqaret aşkarlanıbBu gün, 10:34
Bütün xəbərlər