Nazir: “Cəbrayılda “DOST”, Kəlbəcərdə isə Reblitasiya Mərkəzi yaradılması nəzərdə tutulur” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Cəbrayılda “DOST”, Kəlbəcərdə isə Reblitasiya Mərkəzi yaradılması nəzərdə tutulur”

Qafar Ağayev11:33 - 03 / 11 / 2022
Nazir: “Cəbrayılda “DOST”, Kəlbəcərdə isə Reblitasiya Mərkəzi yaradılması nəzərdə tutulur”

Cəbrayılda regional “DOST” Mərkəzinin, Kəlbəcərdə Reblitasiya Mərkəzinin yaradılması nəzərdə tutulur. Bundan əlavə, azad edilən ərazilərdə yaşayan vətəndaşlarımız məşğulluğu təmin ediləcək.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü – Zəfər Gününə həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanın inkişafını xarakterizə edən bir çox parametrlər mövcuddur.

“Əhalinin rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində durub. 2019-cu ildən bu günə qədər 3 sosial islahatlar paketi həyata keçirilib. Bu müddət ərzində orta pensiya 80 faiz artıb. Çox nadir ölkə göstərə bilərik ki, belə böyük nailiyyətlər əldə edə bilsin”, - deyə o əlavə edib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin tərəfindən qazilərə, şəhid ailələrinə diqqətin göstərilməsi üçün tapşırıqlar verilib.

“4 min ailəyə evlər, mənzillər verilib. 21 min müharibə iştirakçısı, şəhid ailəsinə özünəməşğulluq tədbirləri ilə əhatə olunub. Azərbaycan dövləti olaraq bizim icra etdiyimiz proqramların əhatə dairəsi genişdir”, - deyə o qeyd edib.

Paylaş:
299

Son xəbərlər

Bütün xəbərlər