Abşeron rayonunda yeddi evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeron rayonunda yeddi evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanılıblar

14:58 - 04 / 11 / 2022
Abşeron rayonunda yeddi evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanılıblar

Abşeron rayonunun Atyalı qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, həmin şəxslər evlərdən birindən 5 min manatlıq ov tüfəngi də oğurlayıblar.

Mənzilin sahibi Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edərək naməlum şəxsin evə daxil olaraq oradan dəyəri 5 min manat olan bir ədəd ov tüfəngi, həmçinin digər məişət əşyaları oğurladığını bildirib. Eyni məzmunlu şikayətlərlə ətraf ərazidə olan daha bir neçə evdən polis bölməsinə şikayətlər daxil olub. Hadisə yerlərinə baxış keçirilən zaman müəyyənləşdirilib ki, oğurluqlar eyni şəxslər tərəfindən törədilib.

Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqlarda şübhəli bilinən əvvəllər məhkum olunmuş Aqşin Hüseynov və Elman Əkbərzadə saxlanılıblar. Onlar ifadələrində həmin ərazidə yerləşən ümumilikdə 7 evdən televizor, kompüter avadanlıqları və digər əşyalar oğurladıqlarını bildiriblər. Aqşin Hüseynov və Elman Əkbərzadədən oğurluq yolu ilə ələ keçirdikləri əşyaların bir qismi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
493

Son xəbərlər

Bütün xəbərlər