Azərbaycanda daha 51 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 51 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

16:36 - 04 / 11 / 2022
Azərbaycanda daha 51 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 469 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 201 nəfər müalicə olunaraq sağalıb, 9 953 nəfər vəfat edib, aktiv xəstə sayı 315 nəfərdir.

Ölkədə son sutka ərzində 1 935, hazırkı dövrədək isə 7 329 356 test aparılıb.

Paylaş:
506

Son xəbərlər

Bütün xəbərlər