Gömrükçülər narkotik vasitə - heroin aşkarlayıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Gömrükçülər narkotik vasitə - heroin aşkarlayıblar

16:57 - 04 / 11 / 2022
Gömrükçülər narkotik vasitə - heroin aşkarlayıblar

Gömrükçülər narkotik vasitə - heroin aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimayyətlə Əlaqələr İdarəsindən 1news.az-a bildirilib ki, Rusiya istiqamətindən “Samur” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “ DAF” markalı yük nəqliyyat vasitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin alt hissəsindəki kabinəsində, ön panelin alt hissəsindəki boşluqda gömrük orqanlarına bəyan edilməyən, sellofana bükülü şəkildə, qəhvəyi rəngli, ümumi çəkisi 8,65 qram olan narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
583

Son xəbərlər

Bütün xəbərlər