Zakir Həsənov Ermənistanla sərhəddə yerləşən bölmələrdə olub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Həsənov Ermənistanla sərhəddə yerləşən bölmələrdə olub - VİDEO

Qafar Ağayev17:12 - 04 / 11 / 2022
Zakir Həsənov Ermənistanla sərhəddə yerləşən bölmələrdə olub - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən noyabrın 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Ermənistanla sərhəd bölgəsində dislokasiya olunan hərbi hissələrdə olub.


1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Yeni istifadəyə verilmiş yerləşmə məntəqəsində yaradılan şəraitlə tanış olan müdafiə nazirinə məruzə olunub ki, qoşun xidmətinin yüksək səviyyədə təşkili üçün məntəqədə bütün zəruri şərait yaradılıb.

Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, isitmə sobaları, ərazini fasiləsiz elektrik enerjisi ilə təmin edən generatorlar və günəş panelləri, eləcə də döyüş texnikasının saxlanması üçün park mövcuddur.

Qışa hazırlıq məqsədilə dayaq məntəqələrində və döyüş mövqelərində maye, odun və kömür yanacağı da daxil olmaqla bütün təminat növü ilə ehtiyyat yaradılıb.

Şəxsi heyətin məişət şəraiti ilə tanış olduqdan sonra general-polkovnik Z.Həsənov döyüş mövqelərində xidmət edən hərbi qulluqçuların xidməti döyüş fəaliyyəti ilə tanış olub.

Müdafiə nazirinə əməliyyat şəraiti ilə bağlı məruzələr edilib.

Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Müdafiə naziri döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Paylaş:
483

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər