Nazirlik Sumqayıt Dövlət Dram Teatrında maaşların gecikdirilməsilə bağlı məlumatı təkzib etdi - VİDEO
"Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".
Bu barədə 1news.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, oktyabr ayı üçün əməkhaqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib: "Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək".
295