Heydər Əliyev Mərkəzi təqdim edir: “Müasir Bakı” videolayihəsi | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Mərkəzi təqdim edir: “Müasir Bakı” videolayihəsi

Qafar Ağayev12:57 - 04 / 11 / 2022
Heydər Əliyev Mərkəzi təqdim edir: “Müasir Bakı” videolayihəsi

Paytaxt Bakının füsunkar gözəlliyi, müasir siması bu dəfə “Müasir Bakı” videolayihəsində təqdim olunub.

“DJ Kənan Drums”ın (Kənan Hüseynov) müxtəlif musiqi sintezi ilə hazırlanan layihə Bakının dinamik həyatını hiss etmək, gözəlliyini görmək üçün paytaxtı hündürlükdən canlandırır. Musiqinin müşayiəti ilə Alov Qüllələri, Bakı bulvarı, Bakı Kristal Zalı, Heydər Əliyev Mərkəzi, paytaxtın ümumi mənzərələri təqdim edilir.

Heydər Əliyev Mərkəzinin dəstəyi ilə hazırlanan layihənin 8 Noyabr - Zəfər Günü ərəfəsində təqdim olunması isə ölkəmizin qüdrətinin və gözəlliyinin daha bir tərənnümüdür. Eyni zamanda turizm baxımından Bakının cəlbediciliyini geniş auditoriyaya nümayiş etdirir.

Qeyd edək ki, son illər yüksəklikdən istifadə olunmaqla belə musiqi layihələrinin çəkilişləri dəbdədir və zaman keçdikcə musiqiçilər mütəmadi bu formata üz tuturlar. Belə təqdimatlar indiyədək Nyu-Yorkda (DJ Tiesto,“Live from Edge New York City”), Dubayda da (DJ David Guetta, “United at Home. Dubai Edition”) reallaşıb. Tanınmış DJ David Guetta öz çıxışını Dubayda, dünyanın ən hündür binası olan “Bürc-Xəlifə”də, DJ Tiesto Nyu-Yorkda “Hudson Yards”ın “The Edge” müşahidə göyərtəsində təqdim etməklə əsrarəngiz musiqili video hazırlayıblar.

Bakı layihəsi isə paytaxtımızın müasir memarlığı sırasında olan İqtisadiyyat Nazirliyinin inzibati binasının damında lentə alınıb.

Layihə “SS Production” şirkətinin texniki dəstəyi ilə reallaşıb və çəkilişlərdə müasir video, işıq avadanlıqlarından istifadə olunub.

“Contemporary Baku”

Paylaş:
351

Son xəbərlər

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21
Bütün xəbərlər