Yevlaxda qəza olub, bu gün toyu olacaq qız ölüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda qəza olub, bu gün toyu olacaq qız ölüb - YENİLƏNİB

11:47 - 07 / 11 / 2022
Yevlaxda qəza olub, bu gün toyu olacaq qız ölüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Yevlaxda baş verən qəza ilə bağlı məlumat yayıb.

1news.az FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhərinin Səmədabad kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Aran Regional Mərkəzinin xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili dərinliyi təqribən 1,5 m olan su kanalına aşıb, 2 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti zədələnmiş avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

10:39

Noyabrın 7-də səhər saatlarında Yevlax rayonunun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi “BMW” markalı avtomobili su kanalına aşırıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, nəticədə F. Qasımov və sərnişini Nuranə Hüseynova ölüb. Digər sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib, Günay Hüseynovanın axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, Nuranə Hüseynovanın bu gün toyu olacaqmış, onlar gözəllik salonuna gedən zaman qəzaya düşüblər. X.Hüseynova və G.Hüseynova isə onun bacılarıdır.

1news.az

Paylaş:
759

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər