Zəfər Günündə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir - FOTOLAR

Bakıda Zəfər Günü münasibəti ilə hərbi orkestrin müşayiəti ilə hərbiçilərin yürüşü başlayıb.
1news.az xəbər verir ki, yürüşdən əvvəl şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Yürüş dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Qeyd edək ki, yürüşlər 3 marşrut üzrə keçirilir.
- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı;
- Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;
- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;
Bundan başqa Şuşa şəhərində də hərbi yürüş keçiriləcək.
Fotolar: Nadir Ibrahimli








522