“28 Mall”da “Parfois” konsept-mağazasının açılışı olub - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“28 Mall”da “Parfois” konsept-mağazasının açılışı olub - FOTO - VİDEO

10:08 - 10 / 11 / 2022
“28 Mall”da “Parfois” konsept-mağazasının açılışı olub - FOTO - VİDEO

Dünya dəb aksessuarları brendi Parfois Bakıda yeni mağaza konseptini təqdim edib.

100 kv.m. sahəsi olan mağaza, “28 Mall” ticarət və əyləncə mərkəzində üçüncü mərtəbəsində yerləşir. Mağaza elə layihələndirilib ki, müştərilərə şoppinq zamanı ən yaxşı təəssüratlar yaşamağı təklif edir.

Noyabrın 2-də açılış münasibətilə təşkil edilmiş xüsusi tədbir zamanı “Parfois” brendinin dostları mağazanın eksklüziv konsepsiyası ilə tanış olublar. Elə həmin gün mağaza öz qapılarını müştərilərin üzünə açıb.

Minimalist estetikaya malik yeni mağazada müxtəlif kolleksiyalarla tanış olmaq imkanı yaradılıb. Mağazanın tərtibatında istifadə olunan materiallara gəlincə, burada nəcib materiallardan (ağ daş, təbii palıd və s.) mikro-sement teksturalara qədər müxtəlif elementlərdən və kombinasiyalardan istifadə olunub. Yaşıl elementlər daha təbii və rahat mühit yaradır, daha davamlı materiallar isə memarlıq sabitliyini təmin edir.

Yeni açılan mağazada “Parfois” brendinin yeni məhsulları, o cümlədən ən son payız-qış 22 kolleksiyası təqdim olunur. Burada müştərilərə geniş seçim təklif olunur - çantalar, zinət əşyaları, paltarlar, ayaqqabılar və s. Kolleksiyada sərbəst gündəlik variantlardan tutmuş, ziyafətdən ilhamlanmış unikal aksessuarlara qədər ən son bəd meyllərinə uyğun məhsullar təqdim olunur.

Qeyd edək ki, “Parfois” brendinin Azərbaycandakı rəsmi nümayəndəsi “Retail Group Azerbaijan” şirkətidir.

“Parfois” brendi haqqında

“Parfois” 1994-cü ildə Portuqaliyada əsasıə qoyulmuş qadın dəb aksessuarları brendidir. Hazırda 70-dən çox ölkədə təmsil olunan şirkətin coğrafiyası genişlənməkdə davam edir. 2022-ci ildə 75-dən çox açılış planlaşdırılır. Bundan başqa, Səudiyyə Ərəbistanı, İsrail və Meksika kimi əsas bazarlarda iştirakın gücləndirilməsi davam etdiriləcək.

Son illərdə “Parfois” brendi, omnikanal strategiya və rəqəmsal kanalın genişləndirilməsi üzərində işləyir, həmçinin https://www.parfois.com/ saytının inkişafına xüsusi diqqət ayırır.

Reklam hüququnda

Paylaş:
1151

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər