Bu ərazilərdə qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ərazilərdə qaz olmayacaq

10:26 - 10 / 11 / 2022
Bu ərazilərdə qaz olmayacaq

SOCAR-ın "Qaz İxrac" İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM" yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, bu gün "Qum Məişət (Qİİ)", "ALKO", "Naximov", "Müşviq əhali", "Gilan", "Quru Yük Limanı", "Dəniz donanması", "F-centr", "Azərsu Nəqliyyat" və "Zığ gəmi təmiri" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən 1news.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Müşviq, Qvardiya və Azadlıq küçələrinin, Suraxanı rayonunun isə Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
213

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər