Peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Peyvənd olunanların sayı açıqlanıb

16:35 - 11 / 11 / 2022
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 719 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 196, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 179, üç və daha çox doza vaksin vurduranların sayı 285, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 59 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 914 719, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 390 864, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 211, üç və daha çox doza vaksin vurduranların sayı 3 388 325, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 319 təşkil edir.

1news.az

Paylaş:
746

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər