Uşaqların təhlükəsizliyi və müdafiəsi - “Çıxışa doğru”da MÜZAKİRƏ

Hər bir uşağın müdafiə olunmaq hüququ var. UNICEF Azərbaycanda, xüsusilə inteqrasiyalı sosial xidmətlər, ədliyyəyə çıxış və uşaq hüquqlarının monitorinqi sahələrində uşaqların milli müdafiə sistemlərinin gücləndirilməsi istiqamətində iş aparır.
Uşaqların milli müdafiə sistemləri sosial rifah, təhsil və səhiyyə məsələləri ilə məşğul olan təşkilatlardan, habelə risk vəziyyətində olan uaqlarla bağlı cavab tədbirlərinə məsuliyyət daşıyan hüquq-mühafizə orqanları və strukturlarından ibarətdir. Güclü uşaq müdafiəsi sistemi adətən uşaqların və onların ailələrinin üzləşdiyi çoxsaylı qarşılıqlı çətinliklərin öhdəsindən gəlmək iqtidarındadır.
1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Uşaqların təhlükəsizliyi və müdafiəsi" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Ehtiram Xəlilov - FHN-in sektor müdiri, Rasif Dünyamalıyev - Tİ üzrə mütəxəssis, Sahib Məmmədli - hüquq müdafiəçisi, Sevinc Alızadə - psixoloq və Famil Fərhadoğlu - manset.az saytının rəhbəri, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: