Cəlilabadda Regional Mərkəzi Laboratoriya fəaliyyətə başlayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda Regional Mərkəzi Laboratoriya fəaliyyətə başlayıb - FOTO

Qafar Ağayev10:24 - 11 / 11 / 2022
Cəlilabadda Regional Mərkəzi Laboratoriya fəaliyyətə başlayıb - FOTO

TƏBİB-in “Laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində 4-cü səviyyəli mərkəzləşdirilmiş regional tibbi laboratoriyalar yaradılıb.

TƏBİB-dən 1news.az-a verilən məlumata görə, regionda ilk dəfə yaradılan tam avtomatlaşdırılmış Mərkəzi Laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələrində həm Cəlilabad rayonunun, həm də Cəlilabad-Salyan Tibbi Ərazi Bölməsinə (TƏB) daxil olan rayonların əhalisinə xidmət göstəriləcək.

Qeyd edək ki, TƏB-ə daxil olan Salyan, Neftçala və Biləsuvar rayonlarında yenidən təşkil olunan 3-cü səviyyəli laboratoriyalarda bütün rutin analizlər, regional laboratoriyada isə daha yüksək texnologiya tələb edən analizlər icra olunur. TƏB daxilində pasiyentlərin analiz üçün verdiyi qan və digər nümunələrin mərkəzləşmiş qaydada transportu standartlara uyğun təmin edilib.

Beləliklə, pasiyentlər yaşadıqları rayondan kənara çıxmadan bütün növ analizləri verə, yerində və yaxud onlayn qaydada nəticələrini əldə edə biləcəklər.

Regional Mərkəzi Laboratoriyanın fəaliyyətə başlamasına həsr olunmuş elmi-praktik konfransda TƏBİB işçi qrupunun mütəxəssisləri tərəfindən “Xəstəliklərin diaqnostikasında tibbi laboratoriyaların əhəmiyyəti”, “Laborator analizlərin istək olunması, xəstələrin analiz öncəsi hazırlığı” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.

Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin (KLMİB) dəstəyi ilə təlimlərin müalicə həkimləri, orta və kiçik tibbi personal üçün mütəmadi keçiriləcəyi bildirilib.

Paylaş:
381

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər