İlk dəfə bütün Bakı kəndlərini əhatə edən uşaqların futbol turnirinin final öncəsi mətbuat konfransı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İlk dəfə bütün Bakı kəndlərini əhatə edən uşaqların futbol turnirinin final öncəsi mətbuat konfransı keçirilib

13:13 - 11 / 11 / 2022
İlk dəfə bütün Bakı kəndlərini əhatə edən uşaqların futbol turnirinin final öncəsi mətbuat konfransı keçirilib

Gənclər və İdman Nazirliyi, Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyanın dəstəyi ilə keçirilən Bakı kənd və qəsəbələri arasında keçirilən futbol turnirinin finalöncəsi mətbuat konfransı keçirilib.

1news.az xəbər verir ki, mətbuat konfransında Gənclər və İdman Nazirliyində futbol sektorunun müdiri Fikrət Hüseynov, AFFA-nın nümayəndəsi Zümrüd Ağayeva və Bakı Abadlıq Xidmətinin nümayəndəsi Lalə Əliyeva iştirak edib.
Mətbuat konfransında çıxış edən F. Hüseynov deyib ki, 32 kənd və qəsəbənin uşaq futbol komandası arasında təşkil olunan turnirin keçirilməsində əsas məqsəd uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda idmanın kütləviliyinə nail olmaqdır.
Biz 1 ay öncə Bakı Abadlıq Xidməti ilə birgə Bakı kəndlərinə yeniyetmələrin futbol turniri ilə bağlı müraciət etdik və onlar tərəfindən müsbət cavab verilərək öz komandalarını təqdim erdilər. Ümumilikdə 32 kəndin yeniyetmələrdən ibarət futbol komandaları 8 qrupa bölərək turnirə başladıq. Sabah bu turnir çərçivəsində yarımfinal, ayın 13-ü isə final yarışı keçiriləcək. Bu oyunlar çox böyük bir marağa səbəb olub. Bu turnirə 350-ə yaxın uşaq cəlb olunub. Turnirdə 2010-2011-ci il təvəllüdlü uşaqlar iştirak edib. Bu turnirə maraq göstərir ki, uzun müddət belə yarışlar həyata keçiriləcək” .

AFFA-nın nümayəndəsi, Uşaq və gənclər üzrə yarışların keçirilməsi Şöbəsinin meneceri Zümrüd Ağayeva deyib ki, bu mini futbol turniri Azərbaycanda futbolun inkişafına öz təkanını verəcək.
“Oyunları məşçilər də izləyib. İnanırıq ki, Bakı kəndlərindən tanınmış futbolçular çıxacaq və yığma komandalara cəlb oluncaq. Finalçılara uğurlar arzulayırıq”.

Bakı Abadlıq Xidmətinin nümayəndəsi Lalə Əliyeva deyib, biz bir komanda olaraq çalışdıq.
“ Hərkəs bu layihənin nə qədər önəmli olduğunu anlayırdı. Azərbaycanda futbol tarixini bilənlərə məlumdur ki, əslində futbol oyunlarının tarixi Bakı kəndləri ilə birbaşa bağlıdır. Bu baxımdan turnirin Bakı kəndləri arasında keçirilməsi simvolik mahiyyət daşıyır. Əsrin əvvəllərində Azərbaycanda neft sənayesinin inkişafı zamanı ingilislər bakılılara futbol oynamağı öyrətdilər və sonra dəfələrlə bakılılara məğlub oldular. Belə ənənələri yaşatmaq lazımdı. Bakı kəndlərində bu ənənənin əsası önəmli layihə ilə qoyuldu. 32 Bakı kəndindən 350-yə yaxın yeniyetmə asudə vaxtlarını futbola sərf etdilər, oyundan peşəkar idmana doğru addım atdılar. Komanda olmaq, komanda şüuru formalaşdırmaq çox vacib məsələlərdəndir. Peşəkar futbol oynayan bu 350 yeniyetmə anladı ki, qələbə birgə və ağıllı hərəkətlə mümkündür. İnanırıq ki, komandalar nizamla davam edərək bu gün öz kəndlərinin adını qaldırırlar, sabah da Azərbaycanın bayrağını yüksəldəcəklər.
L. Əliyeva qeyd edib ki, turnirin sonunda iştirakçılara dəyərli hədiyyələr veriləcək” .

Qeyd edək ki, yarışlara 2010-2011-ci ik təvəllüdlü, ümummillilikdə 350-dən çox uşaq cəlb olunub. İlk mərhələdə 8 qrupda start götürən turnirə noyabrın 13-də final qarşılaşması ilə yekun vurulacaq.

Bütün oyunlar peşəkar hakimlər tərəfindən idarə olunur. Yeniyetmələrə böyük futbol həyəcanını yaşamağa imkan verir.

Oyunların bəzilərində uşaq məşqçiləri iştirak edərək perspektivli yeniyetmələrin adlarını qeyd edib.
Ümummillilikdə 64 matç keçiriləcək. Bu rəqəm həm də uşaqların təcrübəsini artırmağa imkan verəcək.
Turnir ilk dəfə paytaxtın bütün kəndlərini əhatə edir.

Paylaş:
251

Son xəbərlər

Bütün xəbərlər