Onun sizin köməyinizə ehtiyacı var – YARDIMA ÇAĞIRIŞ

29 yaşlı Ağazadə Gülnar Əliş qızı görmə qüsuru olan gənc bir xanımdır.
1news.az-ın məlumatına görə, görməsi ilə bağlı yaşadığı çətinliklərə görə doğru-dürüst təhsil belə ala bilmədiyini deyən Gülnar xanım hazırda da bu probleminə görə heç yerdə işləyə bilmədiyini və maddi sıxıntılar çəkdiyini söyləyir:
“Bakıda yaşayıram. Atamı körpəlikdən görməmişəm. Bircə anam var, o da xəstə, yaşlı nənəmə baxır. Onun da müəyyən problemləri var və işləyə bilmir.
Təhsilim demək olar ki, yoxdur. Orta məktəbi belə oxuya bilməmişəm. Gözümlə bağlı uşaqlardan geri qaldığım və mənə boş yerə vaxt getdiyini dedikləri üçün kənd məktəbində qəbul edilməmişəm. Şəhərdə gözdən əlil uşaqlar üçün məktəbdə bir il oxuya bilmişəm. Anam imkanı olmadığı üçün oxutdura bilməyib məni.
Gözümdə çoxlu problemlər var. Müalicəsinin olmadığını deyirlər. Əməliyyat isə risklidir. Gözümə görə heç bir yerdə uzun müddət işləyə bilmirəm, bir həftə, 10 gün işləyib çıxmalı oluram. Pensiyam kəsilmişdi, iki ay əvvəl bərpa olub. Hazırda 180 manat pensiya alıram. Kirayə pulu, yemək pulu və s. var. 180 manatla bunların hamısını təmin etmək olmur. İki aydır ki, evin kirayə pulunu ödəyə bilmirəm. Ev sahibi bu vaxta kimi yola verib, amma artıq məcbur çıxmalıyam. İmkan daxilində maddi yardım edilməsini və mümkündürsə, işlə təmin edilməyimi istəyirəm”.
Xeyirxah və yardımsevər insanlar aşağıdakı bank hesabına pul köçürməklə ailəyə maddi dəstək ola bilərlər:
1news.az