Dəm qazı təhlükəsi - “Çıxışa doğru”da MÜZAKİRƏ

Bu gün dünyanın hər yerində insanların gündəlik həyat şəraitinin yaxşılaşdırılması məqsədilə “mavi yanacaq”dan geniş istifadə olunur.
Ancaq, bəzi hallarda vətəndaşlar qaz təsərrüfatından düzgün istifadə etmədikdə öz həyatları üçün ciddi təhlükə yaradırlar. Təhlükəsizlik tələblərinin pozulması səbəbindən bir sıra partlayış və yanğın hadisələri, həmçinin qaz cihazlarının istismarı zamanı əhali arasında dəm qazından zəhərlənmə halları qeydə alınır. Dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında (alkoqoldan, dərman preparatları və narkotik maddələrlə zəhərlənmədən sonra) dördüncü yeri tutur.
1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Dəm qazı təhlükəsi" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları İlkin Behbudov – SOCAR "Azəriqaz" İB-nin şöbə rəisi, Xəqani Süleymanlı - Azəristiliktəchizat ASC-nin şöbə rəisi, Azər Maqsudov - KTM-in baş toksikoloqu, Eldar Əhmədov - FHN-nin SİTG və DMND Agentliyinin baş məsləhətçi-baş müfəttişi və Elmar Nurəliyev - təhlükəsizlik eksperti, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: