“River Inn Resort and SPA” oteli Milli Ulduz Təsnifatı çərçivəsində 4 ulduza layiq görülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

“River Inn Resort and SPA” oteli Milli Ulduz Təsnifatı çərçivəsində 4 ulduza layiq görülüb

12:51 - 14 / 11 / 2022
“River Inn Resort and SPA” oteli Milli Ulduz Təsnifatı çərçivəsində 4 ulduza layiq görülüb

Sevinərək bildirmək istəyirik ki, ölkəmizin gözəl güşələrindən olan Nabran bölgəsində yerləşən “River Inn Resort and SPA” oteli Azərbaycan Turizm Bürosu (ATB) və Azərbaycan Otellər Assosiasiyası (AHA) tərəfindən birlikdə keçirilən Milli Ulduz Təsnifatı çərçivəsində 4 ulduzla təltif olunmuşdur. Bu barədə bizə River Inn Resort and SPA otelinin baş Meneceri Cavid Məmmədov məlumat verdi.

Onun sözlərinə görə, Milli Ulduz Təsnifatı otelin yüksək xidmət səviyyəsini, infrastrukturun vacibiyyətini və qonaqlara oteldə təklif olunan xidmətin yüksək səviyyədə olunmasını tələb edir. Belə ki, Cavid Məmmədov bu uğurda böyük əməyi olan işçi heyyətinin səylərini yüksək qiymətləndirərək, Milli Ulduz Təsnifatında qazanılmış yüksək nəticəni onların peşəkar səyləri nəticəsində əldə olunduğunu qeyd etmişdir. Təbiiki, bu uğurun sirri otelin unikal lokasiyası, qonaqpərvər və gülərüz personal, ətraf mühitə ayrılan diqqət və nəticədə formalaşmış yüksək müştəri məmnuniyyətindən qaynaqlanır.

Əlavə olaraq otel rəhbəri həmçinin Nabran bölgəsində yerləşən River İnn Resort and SPA oteli haqda informativ məlumat vermişdir:

İlin hər fəslində qonaqlarına unudulmaz istirahət vəd edən lüks istirahət mərkəzi Xəzər dənizinin sahilində, mərkəzdən 190 km məsafədə yerləşir. Müasir və yenilənmiş infrastrukturu, 15 hektarlıq meşə zonası, qapalı və açıq hovuzları, müxtəlif əyləncə və idman fəaliyyətləri ilə River Inn Resort and SPA şəhərin rutin həyatından uzaqlaşmaq və təbiətlə iç-içə zaman keçirmək istəyən ailələr üçün ideal seçimdir.

River İnn Resort and SPA Nabran bölgəsində ən qabaqcıl qonaqlama təklif etməklə yanaşı, ölkə miqyasında da unikal xüsusiyyətlərə sahibdir. Belə ki, kompleks axar çayla çevrələnib və bu səbəbdən River Inn adını daşımaqdadır, əlavə olaraq kompleks daxilində təbii minerallarla zəngin kükürdlü su bulağı mövcuddur. Otelin əsas binası müxtəlif kateqoriyalarda meşə mənzərəli 63 nömrədən ibarətdir. Sakit və daha özəl mühit istəyənlər üçün isə River Inn Resort and SPA daxilində 3 ədəd ikimərtəbəli villa və 18 ədəd kotec nəzədə tutulmuşdur. Otel ərazisində voleybol, basketbol meydançaları, velosipet zonası, kinoteatr və diskoteka mövcuddur. Qonaqların istirahətinə rəng qatmaq üçün River İnn Resort and SPA daxilində qayıqla gəzinti etməyə və balıq tutmağa da icazə verilir.

Yerli və dünya mətbəxini dadmaq üçün River Inn Resort and SPA ən doğru seçimlərdən biridir. Otel öz peşəkar aşbazları və dünya səviyyəli xidmət standartları ilə unudulmaz qastronomik təcrübə vəd edir.

İstirahət mərkəzi olması ilə yanaşı River Inn Resort and SPA toy, nişan, ad günü və eyni zamanda korporativ tədbirlər keçirmək üçün bütün imkanlara malikdir.

Otelin baş Meneceri sonda vurğulayıb ki, Milli Ulduz Təsnifatı ölkəmizdəki turizm və iaşə obyektlərinin şəffaf dəyərləndirilməsi və bölgələrimizin turizm potensialının ortaya çıxarılması naminə atılan effektiv qiymətləndirilmə sistemidir.

Paylaş:
561

Son xəbərlər

Bütün xəbərlər