Polis Şəmkirdə 14 yaşlı qızın nişanlanmasını araşdırır

Şəmkirdə 14 yaşlı qızın nişanlanması ilə bağlı araşdırma aparılır.
1news.az APA-ya istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan məlumatlara görə, 14 yaşlı yeniyetmə qız 26 yaşlı əmisi oğlu ilə nişanlanıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional bürosundan verilən xəbərə görə, yayılan məlumat araşdırılır, nəticəsi barədə məlumat veriləcək.
1news.az
241