İctimai yerlərdə səs-küy və sakinlərin narazılığı - “Çıxışa doğru”da MÜZAKİRƏ

Azərbaycanda küçələrdə, istirahət yerlərində, ictimai yerlərdə və yaşayış evlərinin yanında gecə vaxtı səs-küy salanlara, vətəndaşların istirahətinə mane olanlara tez-tez rast gəlmək mümkündür.
Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 00.00-dan səhər saat 07.00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gür səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə cərimə tətbiq olunur.
1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "İctimai yerlərdə səs-küy və sakinlərin narazılığı" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Nurlan Əliyev - Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, Aydınxan Əbilov – kulturoloq, Rauf Ağamirzəyev - nəqliyyat mütəxəssisi və Sevinc Alızadə - psixoloq, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

