Qonşusuna ev şəraitində yanlış iynə vuran qadına hökm oxundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Qonşusuna ev şəraitində yanlış iynə vuran qadına hökm oxundu

11:55 - 16 / 11 / 2022
Qonşusuna ev şəraitində yanlış iynə vuran qadına hökm oxundu

Bu il iyulun 7-də Sabirabad rayonu, Yaxa Beşdəli kənd sakini Gülnaz Mecidovanın “anafilaktik şok” nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

1news.az rayon prokurorluğuna istinadən xəbər verir ki, istintaqla zərərçəkmişin xahişi ilə həmkəndlisi Sevda Əhmədovanın “seftraksion” tərkibli antibiotik preparatını ev şəraitində Gülnaz Mecidovanın sol qoluna sınaq inyeksiyasını etməsi nəticəsində yaranmış “anafilaktik şok”dan sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sevda Əhmədovaya Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam “ qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sabirabad rayon Məhkəməsinə göndərilib.

Paylaş:
572

Son xəbərlər

Bütün xəbərlər